Hər uşaq köksündə bir kainat var...

post-img

Tanınmış yazıçı-dramaturq, filosof, Əməkdar incəsənət xadimi Firuz Mustafa dünən özünün “Facebook” səhifəsində paylaşım edib. Orada yazılır: 

Hər uşaq köksündə bir kainat var... 

Nəvələrim kainatı dərk etmək istəyirlər... 

Qeyd etmək lazımdır ki, 1 iyun Uşaqları Beynəlxalq Müda­fiəsi Günü edilən bu qeydlər Firuz müəllimin sosial şəbəkələr­dəki çox sayda dostlarının da diqqətindən yayınmayıb. 

Onlardan biri yazıb ki, bu gözəl balalar babalarının kitabları­nı oxusalar, dünyanın sirlərindən xeyli dərəcədə vaqif olacaqlar. Başqa bir izləyici isə qeyd edib ki, bəlkə də Azərbaycanda ən çox mütaliə edən şəxslərdən biri məhz F.Mustafadır. 

Fikrimcə, fotodakı qızların düşüncəli baxışları onların həyatı vərəq-vərəq oxumaq, öyrənmək, düşünərək yaşamaq arzula­rından xəbər verir. Allah bütün balaları xoşbəxt eləsin! 

Təqdim etdi: M.HACIXANLI, “Xalq qəzeti”

Sosial həyat