Son günlər yağan yağışlar Kür çayında sululuğun artmasına səbəb olub. Çayın Qazax rayonu ərazisindən keçən hissəsində Kürün daşması nəticəsində əkin sahələri və təsərrüfatlara ziyan dəyib.
Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində hektarlarla örüş və əkin sahələrinə ziyan dəyib.
Son günlər yağan yağışlar nəticəsində Kürdə suyun həcmi artıb, Aşağı Salahlı kəndində 5 hektar örüş və Orta Salahlı kəndində sakinlərə məxsus 15 hektar biçənək sahələrinə ziyan dəyib.
Qeyd edək ki, Kürdə suyun səviyyəsində ötən günlərə nisbətən enmə müşahidə olunur.
XQ