35 dərəcəyədək isti olacaq, lakin leysan yağacaq, dolu düşəcək

post-img

Ekologiya və Təbii Sərvətlər Na­zirliyi Milli Hidrometeorologiya Xidmə­tinin məlumatına əsasən mayın 24-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Gecə 14-19°, gündüz 25-30°, bəzi yerlərdə 32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 60-70 faiz olacaq. 

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlər­də leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21°, gündüz 30-35°, dağlar­da gecə 8-13°, gündüz 13-18°, bəzi yerlərdə 23° isti olacaq. 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Ekologiya