AQTA yanında Məşvərət Şurasının növbəti iclası olub

post-img

Dövlət–özəl sektor əməkdaşlığının möhkəmləndirilməsi məqsədilə yaradılan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında qida sektoru üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən XQ-yə verilən məlumata görə, iclasda Məşvərət Şurasının üzvləri ilə ölkədə qida təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət kəsb edən aktual mövzular müzakirə olunub.

İclas zamanı Məşvərət Şurasının Katibliyinin işinin təşkili ilə bağlı məsələyə baxılıb. Eyni zamanda, “Heyvan sağlamlığı haqqında” və “Bitki sağlamlığı haqqında” qanun layihələri, həmin sənədlərdən irəli gələn və ümumilikdə heyvan və bitki sağlamlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026–2032-ci illər üçün” Dövlət Proqramı layihəsi və digər məsələlər iclas iştirakçılarının diqqətinə çatdırılıb.

İclasda qida zəncirinə nəzarət, idxal və ixrac zamanı aşkarlanan uyğunsuzluqlar, məhsulların, obyektlərin və subyektlərin qeydiyyatı və təsdiqi, həmçinin qida təhlükəsizliyi sahəsində tətbiq olunan yeni norma və tələblər müzakirə olunub.

Sosial həyat