Türk mətbəxinin ləzzətli və çeşidli təamlarını daha geniş auditoriyaya tanıtmaq məqsədi ilə Fransada “Türk mətbəxi həftəsi” keçirilir.
Beynəlxalq səviyyədə tanınan “Ferrandi Kulinariya Sənəti Məktəbi”nin təşkilatçılığı ilə Parisdə davam edən tədbirdə türk diplomatları, aşpazlar və tələbələr iştirak ediblər.
Tədbir çərçivəsində yerli və xarici qonaqlara türk aşpazlar tərəfindən milli yeməklər təqdim olunub.
Aşpazlar həmçinin Türkiyənin Hatay bölgəsinə məxsus delikateslərin hazırlanması və bişirilmə prosesi ilə bağlı tövsiyələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Qeyd edək ki, tədbir mayın 27-dək davam edəcək.
Fidan SALMANOVA, “Xalq qəzeti”