Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ermənistanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.
Rəsmi məlumatlara əsasən, hakim “Vətəndaş Müqaviləsi” Partiyası 726.818 səs toplayaraq ümumi səslərin 49.7456 faizini əldə edib.
“Güclü Ermənistan” alyansı 340.006 səs (23.271 faiz), “Ermənistan” bloku isə 144.983 səs (9.9231 faiz) qazanıb.
Mandat bölgüsünə əsasən, “Vətəndaş Müqaviləsi” parlamentdə 64 yer, “Güclü Ermənistan” 29 yer, “Ermənistan” bloku isə 12 yer əldə edib.

