Rusiya Federasiyasının Əmək qəhrəmanı, Rusiyanın İctimai Palatasının Bədən Tərbiyəsi, İdman və Sağlam Həyat Tərzi üzrə Komissiyasının sədri İrina Vinerdən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz görkəmli dövlət xadimisiniz. Sizin çoxillik ali dövləti fəaliyyətiniz Azərbaycan Respublikasının suverenliyinin, beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə, rifahının yaxşılaşdırılmasına yönəlib.

Həyatını idmanın inkişafına, gənc nəslin yetişdirilməsinə və sağlam həyat tərzinin gücləndirilməsinə həsr etmiş bir insan kimi mən Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyiniz diqqətə dərin hörmətlə yanaşıram.

Sizin rəhbərliyinizlə ölkə genişmiqyaslı beynəlxalq yarışlardan tutmuş gənc istedadların sistemli şəkildə dəstəklənməsinə qədər əsl güclü idman dövlətinə çevrilib. Sizin müdrikliyiniz, qətiyyətiniz və ənənələrə sadiqliyiniz Azərbaycan xalqı üçün sabitliyi, tərəqqini və layiqli gələcəyi təmin edir. Ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, həmçinin əməkdaşlığın gənclər üçün geniş üfüqlər açdığı humanitar və idman sahələrinə verdiyiniz töhfələri xüsusi qeyd edirəm.

Sizə möhkəm cansağlığı, tükənməz enerji, sülh və firavanlıq arzulayıram. Qoy hər gününüz gözəl işlərlə, yaxınlarınızın dəstəyi ilə və sabaha inamla dolu olsun!

Dərin hörmət və minnətdarlıqla,

 

İrina Viner

Rusiya Federasiyasının Əmək qəhrəmanı, Rusiyanın İctimai Palatasının

Bədən Tərbiyəsi, İdman və Sağlam Həyat Tərzi üzrə Komissiyasının sədri

Məktublar