Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir,
Zati-alinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və Azərbaycan Respublikasının daha da inkişafı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Sizin uzaqgörən, qətiyyətli və müdrik rəhbərliyinizlə Azərbaycan dövləti mühüm tarixi mərhələlərdən uğurla keçmiş, beynəlxalq aləmdə nüfuzunu və mövqeyini daha da möhkəmləndirmişdir. Xüsusilə Ali Baş Komandan kimi rəhbərliyinizlə şanlı Azərbaycan Ordusunun 44 gündə qazandığı Zəfər nəticəsində Qarabağın işğaldan azad edilməsi xalqımızın çoxəsrlik tarixində müstəsna yer tutan, qürurverici və taleyüklü hadisə olmuşdur.
Bu tarixi Qələbə milli birlik və həmrəyliyin, güclü dövlət iradəsinin və Sizin sarsılmaz liderliyinizin parlaq təzahürüdür. Azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın gələcəyinə olan inamı daha da gücləndirir.
Sizə bu şərəfli yolda tükənməz enerji və davamlı nailiyyətlər arzulayıram.
Dərin hörmət və ehtiramla,
Rezo Həsənov
Gürcüstanda fəaliyyət göstərən Qafqaz
Hüquq və İnteqrasiya Mərkəzinin direktoru

