Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Rusiyanın Primorsk vilayətində yaşayan azərbaycanlılar adından Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Sizin qətiyyətli liderliyiniz, uzaqgörən siyasətiniz və xalqa xidmət prinsipləriniz ölkəmizin inkişafına, sabitliyinin möhkəmlənməsinə və beynəlxalq nüfuzunun artmasına mühüm töhfələr verir.
Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.
Hörmətlə,
Ramiz Zeynalov
Rusiyanın Primorsk vilayəti Azərbaycan Diasporu
“Dostluq” İctimai Təşkilatının sədri

