Daha 300 peşə və kvalifikasiya standartı hazırlanıb

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi əmək bazarında prioritet peşələr üzrə peşə və kvalifikasiya standartlarının hazırlanması işlərini davam etdirir.

Cari il ərzində daha 300 peşə və kvalifikasiya standartı hazırlanıb.

Bu standartlar işçinin müvafiq peşə və ixtisas üzrə yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudur. Onlar əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkilində, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır.

Yeni hazırlanmış standartlar Peşə və Kvalifikasiya Standartlarının Reyestrinə daxil edilib və hazırda reyestrdə 1600-dən çox standart mövcuddur.

XQ

Sosial həyat