Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizin dövlət başçısı kimi fəaliyyətiniz bir liderin öz xalqına və ölkəsinə sadiqlik nümunəsidir. Siz Azərbaycan xalqında ruh yüksəkliyi yaratmış, onun birliyini gücləndirmisiniz.
Sizə möhkəm cansağlığı, bol enerji və yeni nailiyyətlər arzulayıram.
Mən 10 il əvvəl TürkPA-nın Baş katibinin müavini kimi Bakıda işləmişəm və Azərbaycan hər zaman mənim qəlbimdədir.
Dərin hörmətlə,
Mels Semgaliyev
Türk Dövlətləri Parlament Assambleyasının
Baş katibinin sabiq müavini

