Yeni videokart daha üstündür

post-img

NVIDIA şirkəti GeForce RTX 4060 videokartını təqdim edib. Bu, GeForce RTX 40 seriyasının ən ucuz videokartıdır. Yeni videokart D107-400 qrafik prosessoru ilə təchiz olunub. O özündə 2,42 GHz tezlikdə çalışan 3070 ədəd CUDA nüvəsini və 17 GHz tezlikdə çalışan GDDR6 standartlı 8 GB VRAM-ı birləşdirir.

Videokart məlumatla­rın saniyədə 272 GB sürət­lə ötürülməsini təmin edir. Onun enerji sərfiyyatı isə 115 vatt təşkil edir. GeForce RTX 4060 videokartı DLSS 3 dəstəkli ən ucuz video­kartdır. NVIDIA-nın sözlərinə əsasən, RTX 3060-dan fərqli olaraq, RTX 4060-da DLSS 3 vasitəsilə performans göstə­riciləri 70 faiz yüksəlir. 

Mediaya ötürülən mə­lumata görə, GeForce RTX 4060 videokartı mayın 24-də satışa çıxarılacaq.

Z.HÜSEYNOVA, “Xalq qəzeti”

İKT