Nüfuza çevrilən ümumxalq sevgisi

post-img

Heydər Əliyev Fondunun ölkə uşaqlarına sevinc töhfəsi

Bakı

Avqustun 26-da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərimizin övladları üçün Heydər Əliyev Fondunun təşkilatçılığı və “Dəniz Mall”un dəstəyi ilə tədbir keçirilib.

Səhidlərimizin bizə əmanəti olan övladları həmin məkanda təşkil edilən əyləncələrdən zövq alıb, müxtə­lif oyun aparatlarında, kartinq, boulinq, leqo meydan­çası və digər əyləncə məkanlarında oynayıb, rəqslərə qoşulublar.

Uşaqlar bu günün təəssüratını birgə nahar süfrəsi arxasında paylaşıblar.

“Dəniz Mall”da keçirilən tədbirlə bağlı təəssüratla­rını bölüşən şəhid Elnur Xəlilovun qızı Mələk Xəlilova burada çox əyləndiyini söyləyib. O, belə gözəl tədbirə qatıldığı üçün özünü çox sevincli hiss etdiyini deyib.

Şəhid Qara Balakişiyevin qızı Xədicə Balakişiyeva isə bildirib: “Bura mənim çox xoşuma gəldi. Dostları­mızla gözəl vaxt keçirdik. Maraqlı gün oldu. Buradakı attraksionlar çox əyləncəlidir”.

Tədbirlərin yekununda gözəl istirahət günündən xatirə olaraq hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Gəncə

Avqustun 26-da Heydər Əliyev Fondu xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənliklər təşkil edib.

Əyləncə tədbirlərindən biri Gəncədəki 4 saylı Uşaq evi sosial xidmət müəssisəsində keçirilib. Şənlikdə DJ-lərin, animatorların iştirakı ilə müxtəlif əyləncə və şou proqramlar təqdim edilib, maraqlı müsabiqələr, id­man estafetləri və oyunlar keçirilib.

Şəki

Avqustun 26-da Heydər Əliyev Fondunun uşaq­lar üçün keçirdiyi növbəti şənliyin ünvanı Şəki şəhə­ri olub.

Fondun Şəkidə 6 saylı Uşaq evi sosial xidmət müəssisəsində təşkil etdiyi şənlikdə azyaşlılar və ye­niyetmələr müxtəlif oyunlar və müsabiqələr vasitəsilə bacarıq və qabiliyyətlərini nümayiş etdirib, yay ovqat­lı yaddaqalan bir gün keçiriblər. Təşkil edilən oyunlar - “Xəzinə ovu”, “Balonlu estafet”, “Sehrbaz” şou və digərləri uşaqların həm istirahətinin səmərəli təşkilinə, həm də inkişafına bir töhfə olub.

***

Qeyd edək ki, Heydər Əliyev Fondunun gördüyü işlər sırasında valideyn himayəsindən məhrum, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların, həmçinin şəhidlərimizin övladlarının diqqətdə saxlanılması, on­ların hərtərəfli qayğı ilə əhatə edilməsi xüsusi yer tutur. Fond uşaqlar üçün mütəmadi olaraq tədbirlər keçirir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamə­tində səylərini əsirgəmir.





Sosial həyat