Dünyanın 𝟓𝟎 ə𝐧 𝐲𝐚𝐱𝐬̧ı𝐬ı 𝐚𝐫𝐚𝐬ı𝐧𝐝𝐚 şəmkirli tələbə də var

post-img

   Şəmkir rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev özünün facebook səhifəsində maraqlı bir paylaşım edib. O, yazır ki, "2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı "University of Oxford" ali təhsil müəssisəsində “Siyasət elmləri” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan şəmkirli tələbə Nuranə Məmmədova Chegg.org və Varkey Fondu tərəfindən təşkil edilən Qlobal Tələbə Mükafatının “Top 50” siyahısına daxil edilib.
    Finalçılar dünya üzrə 176 ölkədən 11,000-dən çox namizədin arasından seçilib. Yekun siyahıya cəmi 30 ölkə düşüb. Onların arasında Azərbaycan Respublikası da var.

      Finalçıların seçilməsi üçün meyar kimi onların akademik nailiyyətləri, həmyaşıdlarına təsirləri, icmalarında və onun hüdudlarından kənarda yaratdıqları təsir əsas götürülüb. O cümlədən, namizədlər yaradıcı və innovativ yanaşmaları, “qlobal vətəndaş” kimi fəaliyyətlərinə görə qiymətləndiriliblər.”

      Qeyd edək ki, Nuranə Məmmədova Şəmkir şəhər orta təhsil məktəbini fərqlənmə ilə bitirdikdən sonra bakalavr üzrə təhsilini UNEC və ADAU universitetlərində alıb. Onları qırmızı diplomla bitirib. Magistr təhsilini Fransa, Almaniya və Türkiyədə fərqlənmə ilə başa vurub. Hazırda, Oksford Universitetində Diplomatiya üzrə magistr təhsilini yekunlaşdırmaq üzrədir və həmin Universitetdə doktorant kimi akademik təhsilini davam etdirməyə dəvət alıb. 

         Qlobal uğurlarından biri də 2019-cu ildə ABŞ-ın Denver Universitetinin versiyasına görə dünyanın 13 qadın liderlərinin siyahısında yer almasıdır.

        Nuranə Məmmədova gənclər siyasəti və gənclərlə iş sahəsindəki fəaliyyəti ilə bütün dünyada minlərlə gəncə təsir göstərir.

       Məlumat üçün bildirək ki, şəmkirli tələbənin uğuru ilə bağlı məlumatlar “Oxford Mail”, “The Independent” və digər xarici media orqanlarında da dərc olunub.

          Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Şəmkir rayonu.

Sosial həyat