Daha bir Vətən müharibəsi qazisinin tibbi xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

post-img

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Vətən müharibəsi qazisi Arif Yusubovun tibbi xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Qeyd edək ki, ərazi bütövlüyümüz uğrunda döyüşlərdə ağır yaralanan Arif Yusubov “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub.

 

Sosial həyat