Ötən ildən istifadəyə verilən Fərdi Reabilitasiya və Abilitasiya Proqramının (FRAP) tətbiqi üzrə altsistem vasitəsilə əlilliyi olan şəxslərin sanatoriya-kurort növbəliliyi proaktiv qaydada həyata keçirilir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XQ-yə verilən məlumatda bildirilir.
Qeyd olunur ki, sanatoriya-kurort müalicəsinə tibbi göstərişi olan şəxslər haqqında məlumat yollayış üçün növbəyə alınmaq məqsədilə FRAP vasitəsilə nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sanatoriya-kurort altsistemi”nə ötürülür. Hər hansı quruma müraciət edilmədən sanatoriya-kurort növbəliliyi formalaşdırılır. Həmçinin vətəndaşın sanatoriya-kurort yollayışı ilə təmin olunması və şəxsin müalicəsi ilə əlaqədar qeydlər də müvafiq altsistemə daxil edilir.
Qeyd edək ki, FRAP-da əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqlarının inkişafı ilə əlaqədar kompleks tədbirlər əhatə olunur. Altsistemdə əlillərlə bağlı məlumatlar, yaşayış yerləri, bacarıqları, onlarla bağlı nəzərdə tutulan reabilitasiya və abilitasiya tədbirləri də qeyd olunur.
XQ

