2023-cü il ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 2022-ci illə müqayisədə 1 milyard 311 milyon manat və ya 19,7 faiz çox olmaqla 7 milyard 957 milyon manat ödənilib.
Ötən ilin əvvəlindən növbəti sosial islahat paketi reallaşdırılaraq pensiya, müavinət və təqaüdlərin, habelə ehtiyac meyarı həddinin növbəti dəfə artırılması təmin edilib. Əmək pensiyaçılarına maddi yardımlar pensiyanın sığorta hissəsinə əlavə edilib və pensiyanın sığorta hissəsi 2023-ci ilin yanvarın 1-dən 14,7 faiz indeksləşdirilərək artırılıb.
Z.HÜSEYNOVA
XQ

