Ağcabədidə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

post-img

Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 2 saylı tam orta məktəbində narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib. Məlumatı DİN mətbuat xidməti verib. 

Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Elmir Dəmirçiyev narkotik asılılığının törətdiyi fəsadlardan, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb. Narkomaniyaya qarşı aparılan mübarizə üsulları iştirakçıların diqqətinə çatdırılıb. 

Sonda maraq doğuran suallar cavablandırılıb, narkotik asılılığının fəsadlarından bəhs edən video çarx göstərilib.

XQ



Sosial həyat