Lavrov: Ermənistan Rusiya Federasiyası ilə müttəfiqliyini Qərbin qeyri-müəyyən vədləri ilə dəyişməyə çalışır

post-img

Qərbin təlqininə uyan İrəvan Moskva ilə müttəfiqliyini qeyri-müəyyən vədlərlə dəyişməyə çalışır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair TASS-a eksklüziv müsahibəsində deyib.

“Təəssüf ki, rəsmi İrəvan qərblilərin təlqininə uyaraq öz xarici siyasət xəttini yenidən formatlamağa çalışır. O, Moskva ilə zamanın sınağından çıxmış müttəfiqliyini hətta Qərbin konkret yardımı ilə deyil, yalnız qeyri-müəyyən vədlərlə mübadilə edir”, - deyə diplomatik departamentin rəhbəri bildirib.

“Strateji dönüş kursuna haqq qazandırmaq üçün respublikanın bütün bəlalarına, o cümlədən Qarabağın itirilməsinə görə Rusiyanı günahlandırmağa çalışırlar. Biz dəfələrlə Rusiyanın narahatlığı barədə açıq şəkildə danışmışıq - indi Ermənistan hakimiyyətinin qeyri-dost addımlarını bir daha sadalamağın mənası yoxdur”, - Lavrov əlavə edib.

Rusiya XİN rəhbəri qeyd edib ki, Ermənistan Cənubi Qafqazda Rusiya üçün strateji tərəfdaş olub və belə də qalır.

XQ

Dünya