Binə və Buzovnada yeddi evdən oğurluq edən saxlanılıb

post-img

Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Binə və Buzovna qəsəbələri ərazisində oğurluq etmiş Bakı şəhər sakini Vüqar Quliyev saxlanılıb. Məlumatı DİN mətbuat xidməti verib. 

O, 7 evdən ümumilikdə 1600 manata yaxın pul, 3 ədəd mobil telefon, 2000 manat dəyərində avtomobil ehtiyat hissəsi, 3 ədəd velosiped, dəyəri 700 manatdan çox olan elektrik naqili, həmçinin digər məişət əşyaları, inşaat materialları və təmir alətləri oğurlamaqda şübhəli bilinir. 

Araşdırma aparılır.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər