Voleybol millisimiz EEVZA çempionatında 4 oyun keçirəcək

post-img

Azərbaycanın 20 yaşadək voleybolçu oğlanlardan ibarət yığma komandası Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək. 

10-14 yanvar 2024-cü il tarixlərində Polşanın Qojuv-Velkopolski şəhərində keçiriləcək yarışda komandamızın oyunlarının təqvimi belədir:

11 yanvar

23:00. Azərbaycan - Estoniya

12 yanvar

20:00. Azərbaycan – Ukrayna

13 yanvar

23:00. Azərbaycan – Latviya

14 yanvar

20:00. Azərbaycan – Polşa

Qeyd edək ki, yarış “AVRO-2024”ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

İdman