Yasamal və Nəsimi rayonlarında soyğunçuluq

post-img

Dekabrın 24-də Yasamal rayonu ərazisində bir nəfərin mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə 26-cı Polis Bölməsinə məlumat daxil olub. Məlumatı DİN mətbuat xidməti verib. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş İsmayıl Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.

Dekabrın 25-də isə Nəsimi rayonu ərazisində bir nəfərin mobil telefonunun və içərisində pul olan çantasının soyğunçuluq yolu ilə talanması barədə 19-cu Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri Orxan Həsənzadə və Cavad Pirnəzirli müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

XQ

Son xəbərlər