Lavrov: Ermənistanla NATO arasında dialoqun dərinləşməsi müdafiə suverenliyinin itirilməsinə gətirib çıxarır

post-img

Rusiya Federasiyası düşünür ki, Ermənistan NATO ilə dialoqun dərinləşməsi səbəbindən milli müdafiə və təhlükəsizlik sahəsində dövlət suverenliyini itirmək təhlükəsindən xəbərdardır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair TASS-a eksklüziv müsahibəsində deyib.

"Ümid edirəm ki, İrəvan alyansla qarşılıqlı əlaqələrin dərinləşməsinin milli müdafiə və təhlükəsizlik sahəsində suverenliyin itirilməsinə səbəb olduğunu bilir", - Rusiya diplomatik departamentinin rəhbəri qeyd edib.

XİN rəhbəri vurğulayıb ki, bu il Ermənistan alyansla çoxsaylı tədbirdə iştirak edib. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin NATO standartlarına uyğun modernləşdirilməsini davam etdirir və onun hərbi personalı Şimali Atlantika blokunun bəzi ştatlarında təlim keçir.

“Bu, bizi narahat etməyə bilməz. Biz dəfələrlə erməni həmkarlarımızın diqqətini çəkmişik ki, NATO-nun əsl məqsədi regionda öz mövqelərini möhkəmləndirmək və “parçala və hömk et” sxemi üzrə manipulyasiya üçün şərait yaratmaqdır”, - Lavrov əlavə edib.

XQ

Dünya