Şəhid ailələri və qazilərə 200 mənzil verilib

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində MİDA-nın Hövsan Yaşayış Kompleksində, Gəncə şəhərində, eləcə də Ağstafa, Beyləqan, Cəlilabad, Gədəbəy, İmişli, Kürdəmir, Qəbələ, Qusar, Masallı, Sabirabad, Salyan, Yevlax, Zaqatala və Zərdab rayonlarında, ümumilikdə, 200 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib. 

4 saylı DOST Mərkəzində keçirilən tədbirdə mənzillərin sənədlərini təqdim edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib: 

– Şəhid ailələri və müharibə ilə əlaqə­dar əlilliyi olan şəxslərə göstərilən dövlət qayğısı davamlıdır. İmtiyazlı şəxslərin mənzillə təminatı tədbirlərinə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və tap­şırığı ilə ötən əsrin 90-cı illərində başla­nıb və ötən dövrdə uğurla davam etdirilir. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərli­yi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən mühari­bəsindən sonra dövlət başçısının göstəri­şi ilə şəhid ailələri və müharibə ilə əlaqə­dar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişləndirilib. 

Hazırda təqdim edilən mənzillər də daxil olmaqla şəhid ailələri və müharibə əlillərinə bu il artıq 1300, postmüharibə dövründə 5 min 800, ümumilikdə ötən dövrdə 14 min 600 mənzil və fərdi ev ve­rilib. Şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər diqqət və qayğı ilə əhatə olunduqlarına, yeni mən­zillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Zərifə BƏŞİRQIZI
XQ

Sosial həyat