Şamaxıda yeni sosial müəssisələr

post-img

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində Şamaxıda yaradılan sosial obyektlərin fəaliyyəti ilə tanış olmaq məqsədilə həmin müəssisələrə baş çəkib.

Nazir burada yetkinlik yaşına çatma­yan uşaqları təkbaşına böyüdən çoxu­şaqlı anaların məşğulluğunun təmin edil­məsi məqsədilə yaradılmış şəraitlə tanış olub. Məlumat verilib ki, hazırda müəs­sisədə bu kateqoriyadan olan 16 nəfərin məşğulluğu təmin edilib, o cümlədən 10 nəfər özünüməşğulluq proqramı çərçivə­sində dərzi fəaliyyəti göstərir.

Daha sonra Şamaxı şəhər sakinləriİradə İnsanova və Mahizər Xəlilova üçün proqram çərçivəsində qurulmuş kiçik təsərrüfatlara baxış keçirilib. Məlu­mat verilib ki, İ.İnsanova kiçik dərzi sexi, M.Xəlilova isə qadın gözəllik salonu xid­məti üzrə aktivlərlə təmin olunublar. Hər iki proqram iştirakçısı verilmiş dəstəkdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə səy göstərdiklərini bil­diriblər.

Zərifə BƏŞİRQIZI
XQ

Sosial həyat