Günahkar sürücülərdir yoxsa piyadalar?

post-img

Ölkə ərazisində baş verən yol nəqliyyat hadisələri kifayət qədər ağır nəticələrə səbəb olur. Piyada ölümlərinin  son vaxtlar sayı artıb.Bəs qəzaları qaçılmaz edən kimlərdir? Günahkar sürücülərdir yoxsa piyadalar?

Mövzu ilə bağlı XQ-ya açıqlamasında yol nəqiliyyat eksperti Aslan Əsədov bildirdi ki, piyada zolaqları lahiləndirilən zaman uyğun olmayan yer seçimləri var.

Həmçinin o qeyd edib ki, sürüclərin və sərnişinlərin yol hərəkət qaydalarına riayət etməmələri qəzaların baş verməsinə gətirib çıxarır.

“Azərbaycan Respublikası ərazisində yaxın 10 ilin statistikasına nəzər saldıqda görərik ki, yol nəqliyyat hadisələrində piyadaların vurulma sayı çoxdur. Paytaxt üzrə bu rəqəmlər ümumi respublika üzrə rəqəmlərdən fərqli olur. Amma əsas hadisələrin baş vermə səbəbinə gəldikdə, sürücü diqqətsizliyi də var. Sürücülər yolda nəzərdə tutulmuş sürət həddini artırmamalıdırlar. Sürücülər radar qurğularını keçdikdən sonra sürət həddini arıtırırlar, bu sürücülərin diqqətsizliyi və məsuliyyətsizliyidir. Piyadalara gəldikdə, uzun müddətdir aparılan bütün növ təbliğatların üzərində dayanan başlıca məqsəd piyada təhlükəsizliyinin artırılmasıdır.
Bunu da etiraf etmək lazımdır  ki, piyada zolaqları lahiləndirilən zaman uyğun yer secimi olmayan yerlər də var. Biz əvvəlki statiskalara nəzər salsaq görərik ki, piyadaların vurulması və ölümlə nəticələnən yol nəqliiyyat hadisələrinin sayının artması həqiqəti əks etdirir.
Təəssüflər olsun ki, ölüm hadisələrinə gecə deyil, günün istənilən saatında rast gəlmək olur. Ölümlə nəticələnən qəzalarda sürücülər qədər piyadalar da günahkardır. Qeyd etmək istəyirəm ki, vətəndaşlar adətən yollarda ayrılan piyada zolaqlarından  istifadə etmək istəmirlər.
Piyada keçidlərinin olduğu yerləri xüsusi nişanlar və işıqlarla da təmin etmək lazımdır ki, bədbəxt hadisələrin qarşısını almaqda kömək etsin.
Dünyada tətbiq edilmiş bir format var. 3D işıqlandırma sistemi ilə piyadaların təhlükəsizliyini təmin etmək mümkündür. Piyada təhlükəsizliyi olduqca vacib bir mövzu kimi, hər zaman cəmiyyətin gündəliyində saxlanılmalıdır. 
İnsanlara başa salmaq lazımdır ki, kiçik məsafəni getmək  heç də çətin məsələ deyil.
Sürüclərin və sərnişinlərin yol hərəkət qaydalarına riayət etməmələri qəzaların baş verməsinə gətirib çıxarır. Bəzən qəzalara insanların təhlükə hissini dərk etməməsi ilə də baş verir”.

Qeyd edək ki,  2013-2017-ci illər ərzində Azərbaycanda 11 min 600 yol nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalar nəticəsində 4691 nəfər ölüb, 11611 nəfərin sağlamlığına ağır və ya az ağır xəsarət yetirilib.
Qəzalarda həyatını itirənlərin 399, xəsarət alanların 1219 nəfəri yetkinlik yaşına çatmayanlardır. Paytaxt ərazisində isə son 9 ay ərzində 320 qəza qeydə alınıb. Qəzalar nəticəsində 151 nəfər ölüb, 249 nəfər xəsarət alıb. Ötən dövrlə müqayisədə hadisələrin sayında 17 fakt (5.1 faiz) azalma müşahidə olunur.

Ayşən AZADOVA 
XQ



Sosial həyat