Mobil telefonlar soyuqda niyə sönür?

post-img

Müşahidələr göstərir ki, cib telefonları soyuq, şaxtalı havalarda istifadə edilən zaman müvəqqəti olaraq fəaliyyətini dayandıra bilir. Bunun əsas səbəbi aşağı temperaturun batareyaya təsiridir.

Şiddətli don litium ionlarının keçiriciliyinin azalmasına səbəb olur. Nəticədə, batareya gərginlik təchizatının öhdəsindən gələ bilmir və mobil cihaz sönür.  

Bu, baş verməsin deyə, ən yaxşı variant soyuqda mobil telefondan istifadəni dayandırmaqdır. Termometrlər 0 dərəcədən aşağıdırsa, telefonu cibinizdən və ya çantanızdan çıxarmayın. Smartfonunuzun sönməsi riskini minimuma endirmək üçün qoruyucu korpus almağınız məsləhətdir.

Sosial həyat