Müasir texnologiya və insan

post-img

Texnologiyanın sürətli inkişafı və onunla sıx təmas insan beyninə təsirsiz ötüşmür. Texnologiyanın insanlar üçün müsbət cəhətləri ilə yanaşı, mənfiləri də qaçınılmazdır. Bu vasitələrdən həddən çox istifadə isə beyinin elektrik fəaliyyətini və ümumi işini poza bilər.

Çağdaş texnologiyalar öyrənməyi sürətləndirməklə yanaşı, ictimai izolyasiyaya səbəbola, internet asılılığına gətirib çıxara bilər. Beyin təkamülünün yaşandığı hazırkı dövrdə uğurlu olmaq üçün, törənə biləcək maneələrdən qaçmaq və bu təkamülə uyğunlaşmanı təmin etmək lazımdır. Amerika tədqiqatçıları bildirirlər ki, günümüzdə texnoloji inkişafla bərabər, beynimiz də daha əvvəl heç olmadığı bir sürətlə təkamül keçirir. 

Başqa bir araşdırma isə göstərir ki, internetdən istifadə edən və video oyunları oynayanlar bunları etməyənlərə müqayisədə vizual məzmunu və simvolları daha tez qavrayırlar. Bu, texnologiyanın beyinə olan faydasıdır. Lakin…

Rəqmsal texnologiyaların ətraf mühitə yaydığı şüaların beyin hüceyrələrinə zərər verdiyi də kimsə üçün sirr deyil. Nəticədə, epilepsiya kimi bir çox xəstəliklər ortaya çıxır. Bu xəstəlik beynin elektrik fəaliyyətinin pozulması ilə əlaqədar yaranır. Araşdırmalara inansaq, texnoloji alətlər sinir yollarımıza da zərər verərək, biz nə qədər çox oxusaq da, az məlumat xatırlamağımıza səbəb olur. Bildirilir ki,   cib telefonlarımızdan tutmuş digər böyükhəcmli texnoloji alətlərdən istifadə etməklə gün ərzində daha çox informasiyaya məruz qalırıq. Bu isə diqqətin çox tez dağılamasına səbəb olur. Digər tərəfdən isə düşünülür ki, texnologiya sayəsində beynimizin fiziki quruluşu hər keçən il dəyişir. Bu da  zamanla duyğularımıza və insani keyfiyyətlərimizə mənfi təsir göstərir.

Həmçinin texnologiyaya bağlılıq insanları cəmiyyətdən uzaqlaşdırır. Mütəxəssislər hesab edirlər ki, azyaşlı uşaqların texnologiya ilə sıx bağlı olması onların beyinlərinin inkişafına daha çox mane olur. İnkişaf yaxşıdır, amma bu, insanlarda kortəbii vərdiş halına çevirilməsə, daha yaxşı olar.   

XQ

 

Sosial həyat