AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Landşaftşünaslıq və Ekoloji coğrafiya şöbələri tərəfindən Şəki-Zaqatala bölgəsinin selli dağ çayları hövzələrindəki ərazilərin ekoloji mühiti öyrənilir və müvafiq elmi tədqiqat işləri aparılır.
Regional Elmi Mərkəzin Ekoloji coğrafiya şöbəsinin rəhbəri Yusif Rəhimov bildirib ki, 2023-ci ilin iş planına uyğun olaraq, Oğuz rayonunun Muxas, Bucaq və Xalxal kəndləri ərazilərində aparılan növbəti ekoloji monitorinq zamanı ərazilərin torpaq və bitki örtüyü müayinə olunub, eyni zamanda, həmin ərazilərin turizm potensialının dəyərləndirilməsi istiqamətində tədqiqat işləri yerinə yetirilib.
Ayan NƏCƏF,
tələbə-jurnalist

