Sorrento – “Su pərilərinin məkanı”

post-img

İtaliya dünyada o nadir ölkələrdəndir ki, gözəl və füsunkar şəhərləri ilə turistləri özünə cəlb edir. Belə şəhərlərdən biri də landşaftına görə ən məşhur kurort şəhərlərindən olan Sorrentodur. Bu şəhərin nağılvari kurortlarına mahnılar da həsr olunub. Su pərilərinin torpağı kimi məşhur olan bu şəhəri hələ qədim romalılar özlərinə məskən seçmiş, varlılar burada şəhərkənarı mülklər tikmişlər. 

Bu gün də dünyanın bir çox məşhur insanları istirahət üçün məhz bu yarımadanı seçirlər. Yarımada limon, apelsin, üzüm və zeytun bağları ilə zəngindir. Dəniz yeməkləri ənənəvi mətbəx hesab olunur.

Tarixi tikililəri, XII əsrə aid kil­səsi, məbədləri, muzeyləri, qə­dim teatr və s. görməli yerləri ilə məşhurdur. Dəniz mövsümünü sevənlər üçün füsunkar çimər­likləri və termal kurortları var. Sorrentoda turistlər ilin bütün fəsillərində özlərinə lazım olan istirahət və əyləncə məkanları­nı axtarıb tapır, burada doyunca dincəlirlər. 

Yarımadanı dəfələrlə, Höte, Dikkens, Vaqner, Nitsşe kimi görkəmli yazıçı, filosof, rəssam və musiqiçilər ziyarət ediblər, öz əsərlərində də Sorrentonun gözəlliyini vəsf ediblər. 

Fidan SALMANLI
XQ

Dünya