“Heydər Əliyev İli” çərçivəsində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi (RTİ) arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbində “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi seminar keçirilib.
Mərkəzi Aran RTİ-nin müdiri Elçin Kərimov müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Azərbaycanın rifahı və inkişafı naminə həyata keçirdiyi uğurlu inkişaf strategiyasından və misilsiz xidmətlərindən danışıb. MDU-nun rektoru Şahin Bayramov Ümummilli lideriin zəngin irsinin öyrənilməsi və təbliği sahəsində təhsil işçilərinin üzərinə düşən məsuliyyətdən bəhs edib.
Sonra Heydər Əliyevin keçdiyi həyat yolu və Azərbaycan təhsilinin inkişafında göstərdiyi xidmətləri əks etdirən videoçarx nümayiş olunub, şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar təqdim edilib.