Vətən müharibəsi qəhrəmanı yad edilib

post-img

Şair Ədalət Salmanın rəhbərlik etdiyi Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri Göytəpə şəhərində Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin ailəsi ilə görüşüblər. 

“Qarabağ qaziləri” ictimai birliyinin sədri Maşallah Əliyev, “Qarabağ əlillərinə Qayğı” icti­mai birliyinin rəhbəri Asəf İsma­yılov, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimlinin köməkçisi Faiq Ağayev və iş adamı, xey­riyyəçi Rafiq Abışov da onlarla birlikdə görüşə qatılıb və şəhidin məzarını ziyarət ediblər. 

Qəhrəmanın atası Arif Ab­dullayev oğlunun həyat və dö­yüş yolundan fəxrlə danışıb, ölkə Prezidenti, Ali Baş Koman­dan İlham Əliyevə şəhid ailələ­rinə, qazilərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib. Rəşad Abdullayevin anası Sevil Abdullayeva isə şəhid analarının adın­dan yazdığı şeiri oxuyub. O, həmçinin ziyarətə gələnləri qəhrəman oğlunun ev-muzeyinin açılışına dəvət edib.

Xatırladaq ki, Cəlilabad şəhər 2 say­lı tam orta məktəb Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin adını daşıyır. Şəhid kapitan ailəli idi, iki övladı Vətənə əmanət qalıb.

Ə.ƏLİYEV, “Xalq qəzeti”

Sosial həyat