Mikayıl Yaqub oğlu Vahabzadə

post-img

Unudulmaz Xalq şairimiz Bəxtiyar Vahabzadənin soyadını daşıyan Mikayıl şəhid olmasaydı, bəlkə o da könül duyğularından dəstə bağladığı şeirləri ilə tanınacaq, seviləcəkdi. Görün, necə mübariz şeirlər yazırmış: 

Şәhid qanı yerdә qalıb, 

Tәlәs, Azәrbaycan әsgәri! 

Qoyma düşmәn alıb-versin 

Nәfәs, Azәrbaycan әsgәri!

Amma Mikayılın qismətinə şəhid kimi bir ali mərtəbəyə yüksəlib sevil­mək düşdü. 

Mikayıl 1993-cü il iyulun 25-də İs­mayıllı rayonunun Tircan qәsәbәsinin Maçaxı kәndindәdoğulub. Sumqayıt Dövlәt Universitetinin fizika vәelekt­roenergetika fakültәsini 2015-ci ildәәla qiymәtlәrlәbitirdikdәn iki ay sonra hәqiqi hәrbi xidmәtәyollanıb. 2016-cı ilin iyul ayında geri dönərək, öz kәndin­dәfizika vәriyaziyyat fәnnindәn dәrs deyәcәkdi. Lakin hәqiqi hәrbi xidmәtdәolan Mikayıl 2016-cı ilin Aprel döyüş­lәrindәqəhrəmanlıqla həlak olaraq şəhidlik zirvəsinə ucalıb. Ölümündәn sonra III dәrәcәli “Hәrbi xidmәtdәfәrqlәnmәyәgörә” medalı ilәtәltif olu­nub. Onun qardaşı Rüfәt Vahabzadә­nin tәqdim etdiyi şeirlәrdən biri ilə siz də tanış olun.

QƏRƏNFİL

Şәhid qanı bulanıbdı üstünә, 

Qan içindә boğulmusan, qәrәnfil. 

Sәpilirsәn şәhidlәrin üstünә, 

Bәxti qara doğulmusan, qәrәnfil.

Şәhid qanı müqәddәsdir, qәm yemә, 

Taleyinlә fәxr eylә sәn, qәrәnfil. 

“Gәrәk düşmәyәydim bu günә” – demә, 

Azadlıq rәmzisәn, gözәl qәrәnfil.

Bәzi güllәr – gül әllәrin bәzәyi, 

Mәnim üçün sәn – gözәllәr gözәli. 

Sәnin adın şәhidliyin özәli, 

Bizim üçün müqәdәssәn, qәrәnfil, 

Azadlığın rәmzi sәnsәn, qәrәnfil. 

 

“Xalq qəzeti”

Sosial həyat