Polkovnik-leytenant Elzamin Tәhmәzov həm silahı, həm də qələmi ilə Vətəni qorumuş mərd igidlərimizdən idi. 1979-cu ildə Bәrdә rayonunun Şirvanlı kәndindә doğulmuşdu. 90-cı illərin əvvəllərində xain qonşularımızın torpaq iddiaları yeniyetmə Elzamini daim qəzəbləndirmiş və o, nankorlara qarşı mübarizənin ön sıralarında olmağı özünün həyat amalına çevirmişdi.
Həmin məqsədlə Heydәr Əliyev adına Azәrbaycan Ali Hәrbi Mәktәbinə daxil olan Elzamin kursantlıq dövründə bütün nəzəri və praktiki təlimlərdə fərqlənib. Məktəbi uğurla bitirdikdən sonra isə gənc zabit dәfәlәrlәAmerika, Almaniya, Pakistan, İraq, Sloveniya, Türkiyә, hәmçinin NATO tәlimlәrindәölkәmizi şәrәf vәlәyaqәtlәtәmsil edib.
Həmkarımız Aida Eyvazlı özünün “İgidlərin sözü” kitabında Elzaminin də haqqında təsirli qeydlərini qələmə alıb. 2019-cu ildәbir toy şәnliyindәki çıxışından gətirilən sitatda da o, özünü əsl vətənpərvər igid kimi göstərib: “Tanrı bizәgüc versin, torpaqlarımızı düşmәn tapdağından azad edәk. Tanrı bizәŞuşaya, Laçına ayaq basmağı, o yerlərdə yaşamağı nәsib etsin. Biz әslәn Laçındanıq. Dağlardan gәlmişik. Biz nәslimizi-kökümüzü unutmarıq. Tanrı heç kimәLaçın, Şuşa nisgilini unutdurmasın. O yerləri geri almaq uğrunda mübarizәaparaq. Qoy, yeni qurulan ailәlәrdәelәövladlar yetişsin ki, onlar bizim gәlәcәyimiz üçün, bizim Vәtәnimiz, millәtimiz üçün xeyirli övladlar olsun. Vәtәnimizi bütöv, dövlәtimizi güclü edək!”
İkinci Qarabağ müharibәsi başlananda o, artıq polkovnik-leytenant idi. Cəbhənin ön sıralarında döyüşlərə atıldı. Elə davanın ilk günündəcə tәcrübәli zabit Suqovuşanın alınmasında xüsusilə fərqləndi. Gözündə zərrəcə qorxu yox idi. Ağır döyüşlər zamanı misilsiz şücaəti ilə hәrbçi dostlarını mühasirәyәdüşmәk tәhlükәsindәn qurtardı.
Təəssüf ki, ona Qarabağda Böyük Zəfərimizi görmək qismət deyilmiş. Vәtәn müharibәsinin üçüncü günü – 2020-ci il sentyabrın 29-da elə uğrunda ölüm-dirim mübarizəsinə atıldığı Suqovuşanda polkovnik-leytenant Elzamin Tәhmәzov qәhrәmancasına şәhid oldu, ondan cəmi 41 gün sonra rəşadətli ordumuz Şuşada qələbə bayrağını qaldırdı. Zəfər salnaməmizə öz qanıyla silinməz sətirlər yazan Elzamin Tәhmәzovun qəhrəmanlığı da layiqli qiymətini aldı. O, ölümündən sonra 3-cü dәrәcәli “Rәşadәt” ordeninә, “Vәtәn uğrunda” vә“Suqovuşanın azad olunmasına görә” medallarına layiq görüldu.
Ölməz xatirәsi könlümüzdәәbәdidir Elzaminin! Özündәn sonra övladları əmanət, şeirləri isə yadigar qalıb. Onun bir şeirini oxuculara təqdim edirik.
VƏTƏNİM...
Sinәsi yaralı doğma Vәtәnim,
Görәsәn varmıdır dәrdini çәkәn?!
Dörd bir yanı düşmәn olanım mənim,
Haçan azalacaq, axı, təhlükən?
Sәn mәnim sevincim, sən mənim qәmim,
Bir tәk düşündüyüm sәnsәn, ey Vәtәn!
Sәnin düşmәnlәrin mәnim düşmәnim,
Müqəddəs dərgaha tənsən, ey Vәtәn!
“Xalq qəzeti”