Doğma xalqına həsr olunmuş şərəfli ömür

post-img

“Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur.” Prezident İlham Əliyevin bu fikirləri dahi şəxsiyyətin liderlik keyfiyyətlərini, dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının genişliyini şərtləndirən amillər sırasında xalqına bağlılığını özündə təcəssüm etdirir. 

Ümummilli liderin fəaliyyətinin han­sı dövrünə nəzər salsaq dövlət, Vətən, xalq sevgisindən irəli gələn addımla­rının davamlılığını görürük. Ulu öndər Heydər Əliyev Azərbaycanı hər zaman yüksəklərdə görmək istəyini yaratdığı möhkəm təməl ilə təsdiqlədi. 1969-1982-ci illərdə Azərbaycanı keçmiş İttifaqın subyektləri arasında geridə qalmış respublikadan ən qabaqcılları sırasına çıxardı. Əgər sovet dövründə – 1980-ci illərdə iki donor respublika var idisə, onlardan biri Azərbaycan idi. Bu gün də ölkəmizin inkişafına xidmət edən çox güclü infrastruktur, yeni sə­naye sahələri məhz o illərdə yaradıl­mışdır. Kənd təsərrüfatı sürətli inkişaf dövrünü yaşayırdı. Xalqın rifahının yüksəldilməsi əsas prioritetlər sırasın­da idi. Xalqın ulu öndər Heydər Əliyevə sevgisi sonsuz idi. Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, azərbaycan­çılıq ideologiyasının formalaşdırılma­sı, təbliği bütün dövrlərdə ümummilli liderin fəaliyyətinin əsasını təşkil edib. Məhz buna görə dahi şəxsiyyətin haki­miyyətinin birinci dövrü milli özünəqa­yıdışın başlanğıcı kimi dəyərləndirilir. Onun respublikaya rəhbərlik etməyə başladığı ilk gündən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin keçirilməsi ənənə halını almışdı. Atılan bu kimi addımlar müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsinə xid­mət edirdi. 

Azərbaycan xalqının zəngin tarixi, milli-mənəvi dəyərləri olan xalq oldu­ğunu dünyaya çatdırmaq həyata keçi­rilən siyasətin əsas tərkib hissəsi idi. Azərbaycan dilinin dövlət dili statusunu qazanması da həmin dövrün reallıqları sırasında idi. Ümummilli lider Heydər Əliyev bildirirdi ki, Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlən­məsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançı­lıq məsələsidir. Ulu öndərin prinsipial­lığı və qətiyyəti sayəsində Azərbaycan Respublikasının 1978-ci ildə qəbul olunan Konstitusiyasına Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olması barədə maddə daxil edildi. Ulu öndərin fəaliyyətinin Naxçı­van mərhələsində də gördüyü işlər, qə­bul etdiyi qərarlar Onun xalqına, döv­lətinə bağlılığını, azərbaycanlı olması ilə fəxr etdiyini özündə əks etdirir. Belə ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən icla­sında 31 dekabrın dünya azərbaycan­lılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunverici­lik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət ün­vanlayıb. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həm­rəylik Günü elan olunması barədə qa­nun qəbul edib.

1993-cü ildə xalqın təkidi ilə haki­miyyətə qayıdışından sonra diaspor quruculuğu dövlət siyasətinin əsasına çevrildi. Ümummilli lider müstəqillik yollarında ilk adımlarını atan dövlətin qarşısında dayanan vəzifələri açıqla­yarkən xaricdə varlığını təsdiqləmə­sini mühüm amil kimi qeyd edirdi. Bu baxımdan dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin yaradılması qarşıda dayanan əsas vəzifələrdən oldu. 2001-ci il noyabrın 9-10-da Bakı­da Dünya Azərbaycanlılarının I Qurul­tayı keçirildi. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icma­larının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Həmin qurul­tayda ulu öndərin böyük iftixarla söylə­diyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlı­yam!” çağırışı harada yaşamasından asılı olmayaraq bütün dünya azər­baycanlılarının həyat amalına çevrildi. Təbii ki, dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin bu məqamını qeyd etməyimiz səbəbsiz deyil. Azərbaycanlı olduğu üçün özünü xoşbəxt hiss edən ümummilli lider, eyni zamanda, Azərbaycanın Günəş kimi dünyaya doğacağının anonsunu verdi və düşünülmüş, məqsədyönlü siyasəti ilə bu istəyin reallığa çevrilməsinin ay­dın ideoloji xəritəsini hazırladı. 

Azərbaycanın müstəqilliyinin da­imi, sarsılmazlığını təmin edən ulu öndər Heydər Əliyev ölkədə sabitliyin, normal iqtisadi mühitin yaradılması ilə dövlətlərarası iqtisadi əlaqələrin əsa­sını qoydu. Hansı ki, müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlər ölkədə ictimai-siyasi durumun gərginliyindən ehtiyat etdikləri üçün tərəddüd içərisində idilər. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın gələcək inkişafının əsası qoyuldu. Azərbaycanın malik olduğu təbii resurslarından səmərəli istifadə məqsədilə reallaşdırdığı la­yihələr ölkəmizə investisiya axınını sürətləndirdi. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın iqtisadi strategiyasını düzgün qurması insanların sosial rifah halının daha da yaxşılaşmasında özünün aydın ifadə­sini tapdı. Azərbaycanın bu gününə və gələcəyinə inam artdı. Ulu öndər Hey­dər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlər üçün aktuallığını qorudu. Onu da qeyd edək ki, 1996-cı ildə ümum­milli lider Heydər Əliyevin təşəbbüsü ilə Torpaq islahatı proqramı hazırlandı. Azərbaycan MDB-də torpaq islahatla­rına başlayan ilk ölkə oldu. Ümummilli liderin iqtisadi siyasətinin əsas tərkib hissələrindən biri sahibkarlığın inkişaf etdirilməsi idi. Bölgələrin inkişafına xü­susi diqqət yönəldildi. Bu məqamı xü­susi qeyd etməliyəm ki, ulu öndər Hey­dər Əliyevin Bərdəyə 14 səfəri olub. Təbii ki, hər bir səfər rayonun inkişafı­na yönələn addımlarla yadda qalıb. 

1993-2003-cü illər Azərbaycanın çoxəsrlik tarixində dirçəliş, inkişaf döv­rü kimi xarakterizə edilir. Ümumiləş­dirilmiş şəkildə qeyd etsək, ulu öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiya­sında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda du­ran vəzifələri düzgün müəyyənləşdirdi və məharətlə həyata keçirdi. 

Heydər Əliyevin milli neft strate­giyasının uğurla reallaşdırılması nəti­cəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi. 

Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü isla­hatların həyata keçirilməsi, demokra­tik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısın­da müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azər­baycançılıq ideologiyasının formalaş­dırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar ha­disələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qə­dim diyar və sivilizasiyaların qovşağın­da yerləşən tolerantlıq məkanı kimi ge­niş şöhrət qazanması ümummilli liderin mükəmməl quruculuq proqramının tər­kib hissələri oldu. O, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” fikirlə­rini reallıqda təsdiqlədi. 

Ulu öndər 2003-cü il oktyabrın 1-də xalqa tarixi müraciətində bu yo­lun uğurlu davamını təmin etmək üçün növbəti ünvanı göstərdi. Cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq, Prezident seçilməsi böyük yolun davamı kimi dəyərləndi­rildi. Dövlətimizin başçısı ilk gündən Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasə­tinin davam etdirilməsinin vacibliyini bildirdi. Cənab İlham Əliyev “Neft ka­pitalını insan kapitalına çevirək!” tezi­sini irəli sürərək qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyini bildirdi. Regional inkişaf proqramlarının uğurlu icrası real həyatda öz əksini tapır. 

Heydər Əliyev siyasətinin uğurla­rının miqyası o qədər genişdir ki, bir yazıda əhatə etmək qeyri-mümkündür. Bunların ümumiləşdirilmiş ifadəsi bu gün Azərbaycanın adının tarixə qalib ölkə, Prezident İlham Əliyevin qalib sərkərdə, xalqımızın məğrur, yenilməz xalq, Silahlı Qüvvələrimizin rəşadətli ordu kimi yazılmasıdır. Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edən dövlətimizin başçısı İlham Əliyev hər birimizin qürur ünvanıdır. 

O xalq xoşbəxtdir ki, onun gələcəyi­ni düşünən lideri var. Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinə, xalqına sevgisini onu davamlı inkişaf yoluna çıxarmaqla sübut etdi. Azərbaycanın bu gün sözünün imzası qədər əhəmiy­yətinin artması Heydər Əliyev siyasə­tinin nəticəsidir. Onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev “Biz bütün istiqamətlərdə uğur­la inkişaf edirik. Bizim inkişafımızın təməlində ulu öndər Heydər Əliyev si­yasəti dayanır. Biz bu siyasətə sadiqik, biz tutduğumuz yoldan dönməyəcə­yik, daim irəli gedəcəyik. Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, biz bundan sonra da həmişə inkişaf və tərəqqi yolu ilə gedəcəyik” fikirləri ilə sabahımıza olan inamını ifadə edir.

Fəqət ŞADLİNSKAYA,
YAP Bərdə rayon təşkilatının sədri

Sosial həyat