Azərbaycan Kubokunda 2-ci finalçı – “Sabah”

post-img

Dünən futbol üzrə Azərbaycan Kubokunda 2-ci yarımfinal oyunu keçirilib. “Sabah” “Bank Respublika Arena”da “Qarabağ”ı qəbul edib.

Matçın baş hakimi Rəvan Həmzəzadənin idarə etdiyi qarşılaşma “Sabah”ın qələbəsi ilə başa çatıb – 2:1.

Tərəflər arasında baş tutan ilk görüşdə heç-heçə qeydə alınıb – 2:2.

Beləliklə, “Sabah” finalda “Zirə” ilə üz-üzə gələcək.

Xatırladaq ki, “Zirə” futbolçuları aprelin 21-də yarımfinalın cavab oyununda “Turan Tovuz”la qolsuz heç-heçə edib. İlk dueldə “qartallar” üstün olub – 2:0.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 13-də “Palms Sports Arena”da keçiriləcək.

Qabil YUSİFOĞLU
XQ

 

İdman