İslamabadda Azərbaycan və Pakistan arasında Birgə Komissiyanın 8-ci sessiyası işə başlayıb.
Müzakirələrin ilk günü enerji, nəqliyyat, ticarət-iqtisadi əməkdaşlıq, müdafiə sənayesi, İKT və rəqəmsal idarəetmə, bankçılıq, turizm, idman, gənclər, mədəniyyət, təhsil və elm, səhiyyə, hidrometeorologiya, iqlim dəyişikliyi, dövlət xidmətlərinin göstərilməsi və sosial innovasiyalar, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi daxil olmaqla, müxtəlif sektorlar üzrə məsələlər nəzərdən keçirilib. İkitərəfli protokolların yekunlaşdırılması üçün mühüm irəliləyiş əldə edilmiş qarşılıqlı əməkdaşlıq sahələri müzakirə edilib.
Pakistanın İqtisadi İşlər Nazirliyinin katibi Səbinə Qureşi Pakistan və Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsində Birgə Komissiyanın əhəmiyyətli olduğunu vurğulayıb.
XQ