Prezidentliyə namizəd Zahid Orucun Seçki Platforması

post-img

Gənclər cəmiyyətdə dəyişik­liklərin əsas hərəkətverici qüvvəsidir

Bu günün gənc seçiciləri siyasətə biganə olmasa da, onların səsver­mə motivasiyası partiyalı siyasəti, yaxud iqtidar-müxalifət mənsubiyyətli namizədlərdən kənardadır.

Quracağımız yeni yüz ilin sabahı da bugünkü gənc nəsildən, onun ink­işaf xüsusiyyətlərini müəyyən edən bir çox parametrlərdən: dəyərləri, təşəb­büsləri, özünüreallaşdırma imkan­ları, dünyagörüşü, ən vacibi qayğı və problemlərinin müəyyən edilməsi və həllindən və s. birmənalı asılıdır. Hər bir ölkədə nəsillərarası estafetdə, fəal həyat mövqeyi ilə dövlətin indiki inkişafında mərkəzi yer tutan, gələcək potensialını müəyyən edən aparıcı qüvvə gənclikdir. 

Ölkə əhalisinin 2,3 milyon nəfərini, yaxud 22.1%-ni təşkil edən Azərbaycan gəncliyi dövlətçiliyimizin gələcəyi üçün misilsiz insan kapitalı, strateji resursdur.

Xüsusilə də XXI əsrdə gənclik bütün dünyada lokal və qlobal proseslərin, transformasiyaların “sosial mühərriki” hesab edilir. İnsan kapitalının inkişaf etdirilməsi üçün yeni ideyalar, həyata keçirilən fundamental islahatlar, çağırış və təhdidlərə çevik reaksiyaların tələb edildi­yi zamanlarda gənclik ölkənin yaradıcı və qurucu enerjisinin daşıyıcısı, strateji resur­su hesab edilir. Gənclər siyasəti ilə bağlı bir çox istiqamətlərdə böyük boşluqlar mövcuddur. Dövlət gənclər siyasətinin strateji və konseptual əsaslarının tama­milə yenidən hazırlanmasına ehtiyac var. Mənəvi-ideoloji istiqamətdə Azərbayan­da gənclər arasında ideoloji tərbiyə işinin aparılmasındakı boşluqlar dövlət başçısı tərəfindən dəfələrlə vurğulanıb.

Gənclərimizin hələ məktəb yaşların­dan ziyanlı ideologiyalara cəlb edilməsi meyilləri bu boşluqların düşmən qüv­vələr tərəfindən doldurulması cəhdləri ilə bağlıdır. Son 30 ildə radikal dini ideologi­yalar məktəb skamyalarına qədər sız­maqda davam edir. Sorğunun nəticələri də dindarlaşma dinamikasının neqativ tendensiyasının yüksəlməsini göstərir. Qarşıdakı 20-30 ildə gənclərin ideoloji manipulyasiyasına fürsət verilməməlidir. Bununla bağlı konkret əks tədbirlər sistemi hazırlanmalıdır.

Ekoloji proqram.

Müstəqillik illərində Qarabağ mövzu­su ilə paralel olaraq, ekoloji problem­lərin qoşa addımlaması nadir had­isələrdən olub, təsadüfi deyildi. İstər Topxana meşəsi lə başlayan proseslər, istərsə də, azad edilmiş torpaqlarda tə­bii sərvətlərin talan edilməsinə qarşı ötən il Xankəndi yolunda keçirilən dinc aksiyanın mühüm nəticələri, Laçın yolunda sərhəd-keçid məntəqəsinin açılması – təkcə bu məsələlər ekoloji gündəmin strateji vacibliyini sübut edir. Azərbaycanın işğal illərində dəymiş ziyanın qiymətləndirilməsi yönündə fəaliyyəti davam edəcək. Hələ ekoloji ak­siya zamanı məlum oldu ki, Azərbaycan­da milli ekoloji qanunvericiliyin əsaslarına yenidən nəzər salınmasına ehtiyac var.

2024-cü ildə Azərbaycanda dünyanın ən nəhəng ekoloji tədbiri keçiriləcək. Biz bu tədbirə Laçın–Xankəndi yolunda keçirilən aksiyanın dünya tərəfindən eti­rafı kimi də yanaşa bilərik.

Vətəndaşların sağlamlığına və həyat keyfiyyətinə təsir edən ətraf mühitin vəzi­yyəti dövlətin prioritetləri sırasındadır. Biz təbii ehtiyatlardan rasional isti­fadə etməli və ətraf mühiti qorum­alı, ətraf mühitin mühafizəsi üçün yeni mexanizmlər tətbiq etməli, təmiz texnologiyalar inkişaf etdirməliyik. Biz cəmiyyətdə ekoloji mədəniyyətin səviyyəsinin yüksəldilməsinə, ətraf mühitə atılan tullantıların azaldılmasına, biomüxtəlifliyin qorunmasını nail olmalıyıq. 

Biz təhsilin bütün pillələrində – uşaq bağçalarından tutmuş universitetlərə qədər ekoloji mədəniyyətin forma­laşması, ekoloji təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı yanaşmalara köklü şəkildə yenidən baxmalıyıq.Sənaye müəssisələrimizə ekoloji nəzarəti gücləndirməsi, zərərli tullantıların azaldıl­ması, meşə sahələrinin genişlənməsi,su ehtiyatlarından səmərəli istifadəsi, mühafizəsi və təmizlənməsinə yönəlmiş yeni “Su Məcəlləsi”nin qəbulu gündəlik­dədir.

Qısa ifadə edilsə, Azərbaycan ekologiyasının qorunması üçün ən vacib məsələlərdən biri məhz ekoloji şuürun, təbiəti sevən düşüncə ekosisteminin formalaşmasıdır. 

Rəqəmsal texnologi­yalar, süni intellekt və postrəqəmsal əsrin çağırışları. 

İnformasiya siyasəti-həmişə ictimai və ideoloji mahiyyətli olaraq qalmaqdadır. Bu sahədə “ideoloji vakuum” vəziyyəti yolverilməzdir. Əks-təqdirdə “müqəd­dəs yer boş qalmır” prinsipi ilə, kənar qüvvələr tərəfindən zəbt edilir, manipulya­siyaya məruz qalır; Azərbaycanda infor­masiya siyasətinin ideoloji baza/kon­sepsiyasının hazırlanması gündəmdə durur.

Qlobal informasiya qarşıdurmasını sərtləşdiyi hazırkı dövrdə qarşıda du­ran başlıca vəzifə: vətəndaş və dövlət arasında, bütün ölkə boyu, həm “şaqu­li”, həm də “üfqi”səviyyələrdə, paytaxt və periferiyada bütün nöqtələri əhatə edən, miqyaslı, fasiləsiz və etibarlı in­formasiya-kommunikasiya siyasətini reallaşdırmaqla milli birliyin və ərazi bütövlüyünün təmin edilməsidir. 

Əziz seçicilər, qalib xalqımız!

 

Biz Vətən müharibəsində birləşərək ən ciddi sınaqdan çıxdıq, işğalçıların öh­dəsindən gəldik, onları torpaqlarımızdan qovub çıxardıq.

Bu gün qlobal miqyaslı müharibələrin nəticələrini, maliyyə bazarların böhranını, artan qlobal ərzaq inflyasiyasını, beynəlx­alq münaqişələrin təsirini hər bir ölkə, o cümlədən, Azərbaycan da bilavasitə və dolayısı ilə hiss etməkdədir. Ölkəmizdə bütün ehtimal olunan proseslərlə bağlı düşünülmüş fəaliyyət planımız, yaxın gələcək üçün hədəflərimiz, bütün lazımi resurslarımız və ən vacibi heç bir xalqda olmayan Qalib kimliyimiz var.

Bizi birləşdirən Zəfər hissi, qalib kim­lik ən böyük sərvətimiz kimi hər birimizin səylərini tələb edir. Hər birimizdən tələb edilən ilk məsələ – 7 fevral tarixində seçkilərdə və səsvermədə iştirak etməkdir.

Biz öz seçki proqramında bütün əhalimizin həyatını yaxşılaşdıracaq, sosial ədaləti bərqərar edəcək reallığa söykənən məqsədlər qoymuşuq. Bütün təcrübəmiz, bütün qüvvəmizi sizinlə birgə bu məqsədlərə çatmağa yönəldi­ləcəkdir.

Birlikdə qarşıya qoyulan vəzifələri- bütün vətəndaşların rifahının və həyat key­fiyyətinin əhəmiyyətli dərəcədə yüksəld­ilməsini, iqtisadiyyatın, siyasi sistemin köklü islahatlarla yeniləşməsini görəcəyik.

Xalqımız bir olanda misilsiz tarix yazır, bütün dövrlərdə istənilən çətinliyə qalib gəlib, hər dəfə daha da güclənib, müdrikləşib. Mövcud dün­ya düzəninin tarixə qovuşduğu, yeni xarici və daxili çağırışların ortaya çıxdığı hazırkı dövrdə də xalqımız qarşıda duran bütün ümidləri, məqsədləri reallığa çe­virməyə tam qadirdir!

Biz Azərbaycanda yeni dövlətçiliyi, ic­timai-siyasi quruculuğu, bütün sahələrdə sitemli islahatları nəzərdə tutan, bununla bağlı gözləntiləri olan, ən vacibi buna nail ol­maq üçün bizə qoşulan, səsimizə səs verən, iştirakçılığa hazır olan hamını, hər kəsi dəvət edirik!Biz məhz onları təmsil edirik!

Böyük işlər birlikdə görülür. Biz par­tiya, birlik, blok yaxud alyans deyilik. Lakin sizlərin səsi, iştirakı ilə böyük hərəkata çevrilə bilərik! Azərbaycanın ən güclü 100 ilini yarada bilərik! Bu dəfə-100%!

Fevralın 7-də: dövlətçiliyimiz tarixində ən güclü olacaq 4-cü Respub­likanın təməllərinin inşasına səs verək. 

Qalib dövlət adlı gücümüzün nü­munəsi ilə yanaşı, nümunəmizin gücü ilə tanınaq!

Zəfər estafetini davam etdirək, məşəlini daha etibarlı, daha qətiyyətli gənclərə, Qələbə varislərinə ötürək! 

Gəlin Zəfər erasını, IV Respub­likanı, ƏDALƏTİN ZƏFƏR ÇALDIĞI AZƏRBAYCAN əsrini birgə quraq, yaradaq!

2024-cü, IV Respublika başlanğıc ili.

Prezidentliyə namizədin ödənişsiz təşviqat materialı

Siyasət