FHN Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirib

post-img

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarının iştirakı ilə Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

FHN-dən XQ-yə verilən məlumata görə, aksiya oktyabrın 31-də "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin tabeli idarəsinin xidməti ərazisinin Bakı-Şamaxı magistral avtomobil yolunun 28-ci kilometrliyində yerləşən ərazidə təşkil olunub.

Tədbirin məqsədi ətraf mühitin qorunmasına töhfə vermək, yaşıllıqların artırılmasına dəstək göstərmək, yaşıl və güclü Azərbaycan ideyasını təcəssüm etdirməkdən ibarət olub.

Aksiyada müxtəlif növ ağaclar əkilib və onlara müvafiq aqrotexniki qulluq göstərilib.









Sosial həyat