Saxta “irsinizi” də unitaz kimi söküb aparın!

post-img

UNESCO-nun Qarabağda “erməni mədəni irsinin” monitorinqini aparmaq xülyası

Xeyirxah və faydalı iş görən təşkilat­ların, fərdlərin fəaliyyəti təqdir olunmağa layiqdir. Həmin fəaliyyət daha geniş miq­yasda, məsələn, beynəlxalq səviyyədə hə­yata keçiriləndə onun əhəmiyyəti birə-beş artır. Söhbət BMT kimi nüfuzlu qurumun bir institutunun Azərbaycanın Qarabağ iq­tisadi rayonunda icra etməyə hazırlaşdığı “missiyadan” gedəndə isə bu fəaliyyətin sanbalı bir az da çoxalır. 

Deməli, dünyada mədəni və qeyri-mə­dəni irsin mühafizəsi üzrə “ixtisaslaşmış”, müəyyən dairələrdə kifayət qədər yüksək statusa malik UNESCO Qarabağa özünün missiyasını göndərməyi planlaşdırırmış. Məqsədi bəşəriyyətin yaratdığı dəyərləri gələcək nəsillərə çatdırmaq olan bu qurum Azərbaycana “dağıdılmaqda olan erməni mədəni irsinin” monitorinqini aparmaq üçün gəlmək istəyirmiş. Missiya budəfə­ki səfərinin məqsədini bu cür izah edib: “Azərbaycanın işğal etdiyi (?) Hadrut ra­yonunda erməni mədəni irsinin məhv edil­məsi (?) davam etdirilir. Təqdim olunan video-kadrlarda Artsaxın (?) Hadrut rayo­nunun Uxtadzor (?) kəndində azadlıq mü­haribəsinə (?) həsr olunmuş abidə dağıdılıb və yerə atılıb”.

UNESCO-nun səfər planına əsasən, beynəlxalq monitorinqçilər Hadruta get­mək üçün Ağdam yolu ilə Xankəndinə gəlməli idi. Azərbaycan tərəfi missiyaya əvvəlcə, yəni yolüstü erməni işğalçı-van­dalların Ağdamda məhv etdikləri tarixi və mədəni abidələrimizə baxış keçirməyi təklif edib. Fəqət UNESCO naməlum sə­bəbdən erməni işğalçılarının Azərbaycanın tarixi abidələrinə vurduqları ziyanı qiy­mətləndirməkdən imtina edərək, monito­rinqçilərə Xankəndi marşrutu ilə hərəkət imkanı yaradılmasını tələb edib. Aydın məsələdir ki, beynəlxalq missionerlərin bu cür inadkarlğının qarşılığında Bakı mədəni şəkildə “yox” deyib və onlara tələblərinin burada deyil, başqa yerdə keçərli ola bilə­cəyini xatırladıb.

***

Ezamiyyə xərclərindən ABŞ-dakı er­məni lobbisinin ödədiyi pulların qoxusu gələn UNESCO-çular, gözlənildiyi kimi, əlləri ətəklərindən uzun, suyu süzülə-sü­zülə çıxıb gediblər. Qurumun Qarabağa “xeyirxah” məqsədli missiyası ilə bağlı açıqlamasında qoyduğumuz sualların hər birinin cavabı beynəlxalq monitorinqçilə­rin gözünə deyil, beyninə tuşlanmalıdır. Cavablar isə qısaca bu səpkidə olmalıdır: Birincisi, Hadrut işğal edilməyib, 27 ildən sonra erməni qəsbkarlardan azad olunub. İkincisi, tarixi abidə, mədəni irs dediyiniz həmin daş parçası “məhv edilməyib”, ha­lal torpağımızdan təmizlənib. Çünki o da­şın tarixi kimi, üzərində yazılanların saxta və uydurma “pasport” olduğunu sübuta yetirmək çox asandır. Üçüncüsü, müasir tarix və coğrafiya “Artsax” adında sepa­ratçı rejimi deyil, Azərbaycanın Qarabağ iqtisadi rayonunu tanıyır. Dördüncüsü, təpəsi uçurulmuş həmin mozaikalı “tarixi abidə” hansısa “azadlıq müharibəsinin” yox, Azərbaycanın öz torpağında kökünü kəsdiyi separatçı rejimin bədnam izləri­dir. Beşincisi, özünüzdən uydurmayın, o beton-armatur qalağında mədəni irsdən əsər-əlamət belə yoxdur. 

Dediklərimizin davamı kimi onu da qeyd edək ki, Qarabağda, hələ də, harada­sa gizlənib qalmış “erməni mədəni irsinin nümunələrinin” hamısı, ən azı, sanitar-gi­giyenik nöqteyi-nəzərdən təmizlənəcək ki, doğma torpağımız həm də “montelərin”, “njdelərin” üfunət qoxusundan azad olsun. 

ARAYIŞ: Qarabağ ərazisində erməni işğalçıları tərəfindən 67 məsciddən 65-i məhv edilib, 2-si isə dağıdılıb. Zəngəzur vilayətinin Qafan, Meqi, Xot, Şinuayr, Əli­dərə yaşayış məntəqələrində 900-dən çox tarixi-mədəni abidəmizin yalnız xaraba­lığı qalıb. 1987-ci ildə başlanan etnik tə­mizləmədən sonra Ermənistan ərazisində azərbaycanlılara məxsus 3500 tarixi və mədəni abidə, 500 qəbiristanlıq, 391 məs­cid yerlə-yeksan edilib. 

BMT-nin sahə qurumu sayılan UNES­CO-nun missionerlərinin Hadrutdan əvvəl Ermənistanda göstərdiyimiz ünvanlara baş çəkmələri daha məntiqli olmazmı? Axı, mədəni irsin qorunub saxlanması missiya­sı təkcə Azərbaycan ərazisini əhatə etmir. 

Kəlbəcər rayonunu boşaldarkən evlə­rindəki unitazı söküb maşına yükləyən hay­lar Hadrutda, digər yerlərdə basdırdıqları daş “abidələri” eyni üsulla apara bilərlər. Yəni, əgər UNESCO Qarabağda haylara məxsus “mədəni irsin”– daş-betonun aqi­bətindən bu qədər narahatdırsa, onları da demontaj edib, daşısınlar Hayastana. Biz buna qətiyyən etiraz etmərik. Onlara rəs­mi müraciətsiz–filansız bu yolda yaşıl işıq yandırmağa hazırıq.

 

İ.HƏSƏNQALA
XQ

Siyasət