“Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”

post-img

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutu tərəfindən Ümummilli liderin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov çıxış edib. Bildirib ki, Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycanda siyasi və iqtisadi sabitliyin təmin edilməsi, iqtisadiyya­tın yenidən qurulması, davamlı inkişaf mərhələsinin başlanmasıdır. Məhz Ulu öndərin həyata keçirdiyi iqtisadi islahat­lar nəticəsində bugünkü dinamik inkişaf edən dayanıqlı iqtisadiyyatın təməli qo­yulub.

Tədbir çərçivəsində “Heydər Əliyev– canlı xatirələr və iqtisadi strategi­ya” mövzusunda panel keçirilib, icti­mai-siyasi xadim Həsən Həsənov, Milli Məclisin deputatı Ziyad Səmədzadə, Azərbaycan Dövlət İqtisad Universite­tinin rektoru Ədalət Muradov, Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mər­danov və BP-nin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışlarında ulu öndər Heydər Əliyevin sosial-iqtisadi sahədə apardığı mühüm islahatlardan və yeni neft strategiyası­nın formalaşmasındakı əvəzsiz fəaliy­yətindən söz açıblar. 

ESRİ-nin İdarə Heyətinin sədri Ma­hir Hümbətov konfrans iştirakçılarına İnstitut tərəfindən keçirilmiş "İqtisadiy­yatı güclü olan dövlət hər şeyə qadir­dir!" adlı beynəlxalq elmi və praktiki məqalə müsabiqəsi barədə məlumat verib. Müsabiqənin Heydər Əliyev ir­sinin ölkə hüdudlarından kənarda öy­rənilməsi baxımından əhəmiyyət kəsb etdiyi qeyd olunub. Seçilmiş məqalələr İnstitut tərəfindən yeni təsis edilmiş “Strateji iqtisadi düşüncə” (JSET) bey­nəlxalq jurnalında dərc edilib. 

Daha sonra müsabiqədə qalib gələn Azərbaycan, Belarus, Küveyt, Moldova, Pakistan və Türkiyənin təh­sil və elmi-tədqiqat müəssisələri, beyin mərkəzlərinin əməkdaşları – Məhəm­məd Səmədov, Oleq Leşenyuk, Haila Əlmekaimi, Ruslan Şevçenko, Xalid Taimur Akram, Muhammad Zaman, Mehmood Ul Hassan Xan və Doğacan Başaran təltif ediliblər.

XQ

Son xəbərlər