Azərbaycan və Özbəkistanın Avropada “İpək yolu” aksiyası

post-img

Azərbaycan Turizm Bürosu və Özbəkistanın Milli Təbliğat Mərkəzi İpək Yolu irsinin tanıdılması məqsədilə Avropada silsilə tədbirlərin təşkilinə start verib.

Dövlət Turizm Agentliyinin məlumatına görə, məqsəd Avropa turizm sektorunda tərəfdaşlarla əlaqələri daha da möhkəmləndirmək, hər iki ölkənin mədəni, tarixi və təbii turizm imkanlarını tanıtmaq və onları dünyanın mühüm səyahət marşrutlarından biri olan İpək Yolu boyunca yerləşən cəlbedici destinasiyalar olaraq təqdim etməkdir.

Frankfurt və Vyanada başlayan silsilə tədbirlərə “Azərbaycan Hava Yolları” QSC və Özbəkistan Hava Yolları da daxil olmaqla, ümumilikdə, 16 tərəfdaş qurum cəlb edilib. Aksiyalarda Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid, Özbəkistanın Avstriyadakı səfiri Bakhtiyor İbragimov, Özbəkistan Turizm Komitəsi və Milli Təbliğat Mərkəzinin nümayəndələri iştirak ediblər.

Təbliğat marafonu oktyabrın 24-dək Zürix, Budapeşt, Praqa və Barselona daxil olmaqla, Avropanın 6 şəhərində keçiriləcək, hər iki ölkənin turizm imkanları təqdim ediləcək, görüşlər təşkil olunacaq.

XQ

Son xəbərlər