Nizami yurdunda türkmən çal-çağırı

post-img

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə keçirilən Türkmənistan Mədəniyyəti Günləri Gəncə şəhərində geniş konsert proqramı ilə başa çatıb. Gəncə Dövlət Filarmoniyasında təşkil olunmuş konsertdə gəncəlilərə türkmən musiqisinin inciləri təqdim edilib.

Qardaş ölkə incəsənət kollektivlərinin musiqi və rəqs nömrələri alqışlarla qarşılanıb. Azərbaycanın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar türkmən həmkarları ilə bir səhnəni bölüşüb, iki xalqın dostluğunu tərənnüm edən mahnılar səsləndiriblər. Konsert proqramı Nizami yurdunun – qədim Gəncə elinin musiqisevərlərinə unudulmaz anlar yaşadıb.

XQ



Mədəniyyət