Şabranda yeni Cüdo Təlim Mərkəzi

post-img

Şabranda Cüdo Təlim Mərkəzinin açılışında gənclər və idman naziri Fərid Qayıbov, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu iştirak ediblər.

Cüdoçuların fiziki hazırlığını yüksəltmək üçün mərkəzdə lazımi şərait yaradılıb, müasir idman qurğuları quraşdırılıb. Tatami 200 kvadratmetr sahəni əhatə edir. Salonda eyni vaxtda 200-dən çox idmançı cüdo ilə məşğul olacaq.

Qeyd edək ki, federasiyanın dəstəyi ilə son 3 ildə Gəncə və Sumqayıt şəhərlərində, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli və Sabirabad rayonlarında, Zəngilanın Ağalı və Zaqatalanın Mosul kəndlərində, Bakının Zirə qəsəbəsində cüdo zalları açılıb. Masallı, Cəlilabad, Qobustan və Siyəzən rayonlarında da tezliklə cüdo ilə məşğul olmaq imkanı yaradılacaq. ACF Bakı və regionlardakı 158 idman zalına ötən 3 ildə 11704 tatami verib, 2 min 430 gənc idmançıya pulsuz məşq etmək imkanı yaradılıb.

Qabil YUSİFOĞLU
XQ

İdman