“RTCG” TV: Qarabağa qayıdış ərazilərin minalardan təmizlənməsindən keçir

post-img

Monteneqronun “RTCG” radio-televiziya kanalı Qarabağdakı mina problemi, eləcə də burada aparılan bərpa və yenidənqurma işləri ilə bağlı reportaj yayımlayıb.

Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edən telekanalın jur­nalisti reportajda onilliklər ərzində Ağdam şəhərində döyüşlərin getdiyini və bu gün isə həmin bölgənin mi­nalarla ən çox çirklənmiş ərazi olduğunu bildirir. 

Vurğulanır ki, müharibə dövründə Qarabağın əhalisi öz evlərini tərk etmək məc­buriyyətində qalıb. Hazırda Azərbaycan işğaldan azad olunan ərazilərdə yenidən məskunlaşmanı təmin et­mək üçün bütün qüvvələri­ni səfərbər edib. İnsanların öz doğma yurd-yuvalarına qayıtması üçün ərazilərin minalardan tamamilə təmiz­lənməsi mühüm şərtdir.

Videosüjetdə vurğulanır ki, minatəmizləmə prosesi hələ uzun müddət davam edəcək. Bu vaxtadək 80 mindən çox mina məhv edi­lib. Bununla yanaşı, minatə­mizləmə prosesinə paralel olaraq bölgədə avtomobil yolları və yeni obyektlərin inşası aparılır.

Reportajda hazırda böl­gədə bəzi qəsəbələrin ye­nidən tikildiyi, ilk yaşayış məntəqələrinin qarşıdakı ay­larda hazır olacağı bildirilir.

“Xalq qəzeti”

Siyasət