İcma belçikalı diplomatı qərbi azərbaycanlıların qayıdışını İrəvan qarşısında qaldırmağa çağırır

post-img

Qərbi Azərbaycan İcması Belçika xarici işlər nazirinin “blokadanın aradan qaldırılması” ilə bağlı 2023-cü il avqustun 12-də səsləndirdiyi reallıqdan tamamilə uzaq, qərəzli fikirlərini qınayan bəyanat yayıb.

Bəyanatda belçikalı diplomata xa­tırlanır ki, Azərbaycanda “Dağlıq Qara­bağ” adlı bir ərazi mövcud deyildir. 

Qərbi Azərbaycan İcması Belçika­nın xarici işlər nazirini erməni həmka­rı ilə növbəti təmaslarda, o cümlədən özünün anons etdiyi regiona gözlənilən səfəri zamanı qərbi azərbaycanlıların Ermənistana qayıdışı məsələsini rəsmi İrəvan qarşısında qaldırmağa çağırır.

“Xalq qəzeti”

Siyasət