Yol Polisinin xəbərdarlığı

post-img

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi konstruktiv bütövlüyü pozulmaqla avtomobil idarə edən şəxslərə xəbərdarlıq edib.

Məlumatda bildirilir ki, son vaxtlar konstruktiv bütövlüyü pozulmaqla, o cümlədən istehsalçı tərəfindən nəzərdə tutulmuş ön və arxa mühafizə qurğuları (bamper) yerində olmayan nəqliyyat va­sitələrinin istismarına yol verilir. Bu isə in­zibati xəta tərkibi yaratmaqla yanaşı, həm də yol-nəqliyyat hadisələri zamanı qəza­nın ağırlıq dərəcəsinin artmasına zəmin yaradır. 

Yol Polisi avtomobilin bamperlərin tə­mir, zövq və digər səbəblərdən yerində olmadan idarə edilməsi hallarına qarşı nəzarət tədbirlərinin gücləndirildiyini qeyd edir. Sürücülərin nəzərinə çatdırılır ki, nəqliyyat vasitələrində belə nasazlıqla­rın aşkar ediləcəyi təqdirdə onlar barədə qanunvericiliyə uyğun inzibati məsuliyyət tədbirləri görüləcək. 

Dövlət Yol Polisinin başqa bir məlima­tında isə bildirilir: “Yol hərəkəti haqqın­da” Qanunun 27-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 2023-cü ilin 1 avqust tarixindən mühərrikinin işçi həcmi 50 kub­santimetr və daha çox, yaxud maksimal hərəkət sürəti saatda 50 kilometrdən artıq olan mopedlərin qeydiyyata alınması, ha­belə onların idarə edilməsi üçün sürücü­lük vəsiqəsi tələb olunur”. 

“Xalq qəzeti”

Son xəbərlər