Azərbaycan Orta Dəhlizin Avropaya qovuşmasında ən maraqlı ölkədir

post-img

Avropa Komissiyasının yaydığı məlumatda bildirilir ki, Avropa İttifaqının nəqliyyat sisteminin təşviqi və inkişafı yanaşmasına uyğun olaraq, Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda ən önəmli mövqe tutur.

Ölkəmiz Orta Dəhliz infrastrukturundan is­tifadə edən dövlətlər arasında regional əmək­daşlıq, xüsusən də Mərkəzi Asiya regionunun davamlı iqtisadi tərəqqisinə dəstək vermək, həmçinin dəhlizin sadəcə tranzit marşrutu kimi fəaliyyət göstərməməsini gerçəkləşdir­mək üçün səylərini davam etdirir.

Qeyd edilib ki, bu məsələ hələ ötən il dördtərəfli birgə müəssisənin yaradılması və Aktauda (Qazaxıstan) “İnvestisiya Yol Xəritəsi”nin təsdiqi zamanı müzakirə edilib.

Məlumatda daha sonra qeyd edilir ki, Ukraynada müharibə baş­layandan Avropa ilə Mərkəzi Asiya ölkələri arasında nəqliyyat dəhlizlə­rinin geosiyasi əhəmiyyəti və poten­sialı xeyli artıb. Rusiya ərazisindən keçən Şimal Dəhlizi üzrə trafikin azalması nəticəsində Qazaxıstan, Xəzər dənizi və Qafqazdan keçən Orta Dəhliz 2022-ci ildə 2021-ci illə müqayisədə 2,5 dəfə çox yük ötürməklə əlavə həcmlər cəlb edib. Qırğızıstan, Özbəkistan və Türkmə­nistanın iştirakı ilə regionda digər nəqliyyat əlaqələrinin də planlaşdı­rılmasına böyük maraq var.

Onu da deyək ki, Orta Dəhliz Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə Çin və Avropa İttifaqı ölkələrinin kon­teyner dəmir yolu ilə yükdaşıma şəbəkələrini əhatə edir.

Çoxtərəfli, multimodal nəqliy­yat infrastrukturu olan Orta Dəh­liz Xəzər və Qara dənizlərin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir. Bu infrast­ruktur Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətə yükdaşımaların artmasına töhfə ve­rir.

Bu dəhlizlə hərəkət edən marş­rut qatarı Çindən Avropaya yükləri orta hesabla 20-25 günə çatdırır və bu, bu nəqliyyat dəhlizinin əsas üs­tünlüklərindən biridir.

Yeri gəlmişkən, Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov “X” sosial şəbəkə hesabında bildi­rib ki, Orta Dəhlizin Cənubi Qafqa­za və Avropaya kimi genişləndi­rilməsi üçün ticarət və investisiya əlaqələrini inkişaf etdirən hərəkət­verici qüvvədir.

Onun sözlərinə görə, Azərbay­can bərə, liman və digər nəqliyyat infrastrukturunda əhəmiyyətli irə­liləyişlərə nail olub.

Xatırladaq ki, indiki geosiyasi şəraitdə Orta Dəhliz xüsusi əhə­miyyət daşıyır. Bu, özünü daha çox Azərbaycan ərazisindən, yəni Xəzər dənizi ilə daşınan yüklə­rin həcminin getdikcə artmasında göstərir. Ona görə də respublikamı­zın nəqliyyat və logistika imkanları davamlı şəkildə genişləndirilir. Bakı Dəniz Limanının imkanlarının 25 milyon tona çatdırılması nəzərdə nəzərdə tutulur. Dəmir yolu, gə­miqayırma zavodu və digər nəqliy­yat infrastrukturu ən müasir səviy­yədə qurulur. 

Respublikamız artıq beynəlxalq aləmdə Şərq–Qərb, Şimal–Cə­nub nəqliyyat dəhlizləri ilə yanaşı, Orta Dəhliz marşrutu ilə də mühüm mərkəz kimi tanınır. Azərbaycanın tərəfdaşları ilə birlikdə bu nəqliy­yat infrastrukturunun tam ötürücü­lük gücü ilə fəaliyyətini gerçəkləş­dirmək üçün praktik işlər görülür. Hökumət tərəfindən dəhlizlərin in­kişafına mühüm vəsait ayrılması, avtomobil və dəmir yollarının müa­sir səviyyədə qurulmasının diqqət­də saxlanır, eyni zamanda, bütün bu infrastrukturun əsaslı təmirinin aparılması həmin dəhlizin işinin canlandırılmasını şərtləndirir. 

Avrasiya bazarında yükdaşı­maların dəyişməsi və yükdaşıma şirkətlərinin Orta Dəhliz istiqamə­tində miqrasiyası bu prosesi sürət­ləndirib. Avropa İttifaqı (Aİ) tərəfin­dən bu yaxınlarda Rusiyaya qarşı sanksiyaların 11-ci paketinin tət­biqi, o cümlədən Rusiyanın qoşqu­lu və yarımqoşqulu yük maşınları ilə yüklərin daşınmasına tamamilə qadağa qoyulması da Orta Dəhlizə marağı artırıb. 

Qeyd edək ki, yaxın beş il ərzin­də Orta Dəhlizin infrastrukturuna və proseslərin səmərəliliyinin artı­rılmasına 5 milyard avroya yaxın investisiya qoyulacağı nəzərdə tutulur. Marşrutun Mərkəzi Asiya istehsalçılarının Türkiyə, Şimali Afrika və Cənubi Avropa ölkələri istiqamətindəki dünya bazarları ilə inteqrasiyasında mühüm rol oyna­yacağı gözlənilir. Marşrutun əsas məqsədi isə Çin, Qazaxıstan kimi ölkələrdən, Xəzər dənizi ilə Azər­baycan, Gürcüstan, Türkiyə, Uk­rayna, Polşa, Rumıniya ərazisindən yük tranzitinin təmin olunmasından ibarətdir.

“Xalq qəzeti”

İqtisadiyyat