Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman Lefkoşada Azərbaycan Milli Məclisinin ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Şimali Kiprin lideri azərbaycanlı parlamentarilərin Şimali Kipr Türk Cümhuriyyətinin 42-ci ildönümünə həsr olunmuş bayram tədbirlərində iştirakından məmnunluğunu ifadə edib.
C.Feyziyev, öz növbəsində, Cümhuriyyət Gününün növbəti ildönümü münasibətilə Kipr türklərinə təbrikini çatdırıb.
Görüşdə ŞKTC Prezidentinin köməkçisi Mehmet Dana və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu iştirak ediblər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara




