Düzgün suvarma bol pambıq deməkdir

post-img

Tərtər rayonunun Borsunlu kəndindən olan fermer Rabil Piriyev uzun illərdir ki, pambıqçılıqla məşğul olur. Cari ildə də 10 hektar sahədə bu qiymətli bitkini əkib-becərir. Rayondakı “Azərpambıq” MMC ilə müqavilə bağlamışdır.

Fermer bildirir ki, indiyədək sahələrdə 3 dəfə be­cərmə işləri aparılıb. Lazım olan texnika, gübrə və ziyanvericilərə qarşı dərmanlar vaxtında çatdırıldı­ğından indiyədək əldə olunan nəticələr ürəkaçandır. 

Bəzi fermerlər zərərvericilərə qarşı dərmanların keyfiyyətsiz olduğunu və sovkanı məhv etmədiyini söyləyirlər. Bununla bağlı Rabil Piriyevin fikri fərqli­dir. Onun çoxillik təcrübədən gəldiyi qənaət belə­dir ki, problem dərmanların keyfiyyətində deyil, bu prosesin nə zaman və necə aparılmasındadır: “Mən sovkaya qarşı mübarizə işlərini gecə saat 2-3 radələ­rində aparıram. Bu zaman istənilən nəticəni almaq mümkündür. Pambıqçılıqda becərmənin ən çətin mərhələsi əllə kətmənləmə dövrüdür. Bu işlər torpaq mülkiyyətçilərinin əldə etdiyi gəlirin böyük bir hissə­sini aparır. Lakin, eyni zamanda, pambıqçılığın kənd əməkçiləri üçün nə qədər gəlirli sahə olduğunu sübut edir”.

Hazırda tarlalarda suvarma işləri aparılır. Keyfiy­yətli suvarma isə bol məhsul deməkdir. “Ağ qızıl”ın sadə sirrinə gərək əməl edəsən: pambıq kolunun başı günəşdə olduğu qədər, ayağı da gərək suda olsun. 

Rabil Piriyev ötən mövsümdə orta səviyyəsindən çox–hektardan 40 sentner pambıq götürüb. Cari ildə havalar bundan sonra da əlverişli keçsə, bu göstəri­cini daha da artıra biləcək. Plantasiyaların bugünkü vəziyyəti bunu deməyə əsas verir.

Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”

İqtisadiyyat